BANK

Dolları bahalaşdıran – İKİ SƏBƏB
28 NOYABR
5178

Dolları bahalaşdıran – İKİ SƏBƏB

2016-11-28 10:59:00

Azərbaycanda dolların bahalaşması ABŞ valyutasının bütün dünyada möhkəmlənməsi ilə müşayiət olunur. Fins.az xəbər verir ki, iqtisadçı ekspert, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov dolları bahalaşdıran əsas amilləri tədqiq edib. Onun sözlərinə görə, əgər indiyə qədər doların manat qarşısında bahalaşmasının əsas səbəbi neftin qiymətinin düşməsi idisə, indi bu prosesə 2-ci səbəb daha ciddi təsir göstərməyə başlayıb. Bu dolların bütün dünyada güclənməsi və digər valyutalara qarşı dəyər qazanmasıdır. 

Bəs dolları gücləndirən səbəblər hansılardır? 

Axı ilk baxışda ABŞ iqtisadiyyatının özü üçün də çox güclü dolların öz fəsadları var. Amma, ABŞ-ın yeritdiyi siyasətlə güclü dolların müsbət tərəfləri mənfi tərəflərini üstələyəcək. 

Səbəblər:

ABŞ yeni seçilmiş prezidentinin dili ilə qloballaşmanın o qədər də müsbət olmadığını bəyan etməyə başlayır və XIX əsrin sonlarında yeritdiyi izolyasionizm siyasətini (1890-1895-ci illərdə bu siyasət özünün pik nöqtəsinə çatmışdı) növbəti bir neçə il ərzində qismən bərpa edir. Bu siyasətin əsas məğzi, dünyada mövcud olan konfliktlərdən çəkilmək, bütün diqqəti iqtisadiyyatın güclənməsinə vermək, daxili iqtisadi problemləri həll edərək dünya arenasına daha güclü şəkildə dönməkdir. 

İzolyasionizm siyasətinin adı nisbətən aldadıcıdır. Bu, dünya siyasi səhnəsində superdövlət rolundan geri çəkilmək demək deyildir. Sadəcə, bu dövrdə açıq-aşkar konfrontasiyalar əvəzinə pərdəarxası siyasətə daha çox üstünlük verilir. Qaynar nöqtələrdə isə öz hərbi qüvvələrin birbaşa iştirakı olmur. Qeyri-iqtisadi sahələrə ayrılan xərclər nisbətən azalır. Nəzərdə tutulan nəticələrin əldə olunma tempindən asılı olaraq, bu siyasət prezidentliyin ya bir, ya da hər iki dövrünü əhatə edə bilər. Yeridilmiş bu siyasətin bəhrələrini ABŞ XX əsrin əvvəllərində prezident Vudro Vilsonun dövründə gördü və dünya siyasi səhnəsində söz sahibinə çevrildi. ABŞ nüvə silahının olduğu hazırki dövrdə açıq konfrontasiyaların səmərə vermədiyini gördü. 

Bəs izolyasionizm siyasəti ABŞ-a nə verəcək?

- ABŞ əksər fikrini və qüvvəsini öz iqtisadiyyatının bərpasına yönəldəcək. 

- Qloballaşma yaxşı tendensiya deyildir fikri altında Çin, Rusiya kimi böyük dövlətlərin daha da zəiflədilməsi üçün tədbirlər görəcək. 

- Dollar kəskin bahalaşacaq. Dünyanın iqtisadi nəbzi ABŞ iqtisadiyyatının nəbzi ilə döyündüyü üçün qızıl kimi alətlərə investisiya qoyuluşu azalacaq (investorların gözündə qızıl daha çox böhran dövrlərində alınan təhlükəsizlik alətidir). Dolların da qiymətinin artması nəticəsində qızıl və neftin qiymətləri düşəcək. 

- Qiymətlərin düşməsi ABŞ-a enerji və qızıl ehtiyatlarını yenidən bərpa etmək və artırmağa imkan verəcək. 

- Dünya ölkələrində 5 trilyon dollardan çox olan neft fondlarında ərimələr və azalmalar olacaq. 

- Həmin fondların azalması nəticəsində ABŞ iqtisadiyyatından çəkilən neft pullarını ABŞ investorlarının öz pulları əvəz edəcək.

- Neftin qiyməti ilə bağlı proqnozlar verilərkən iqtisadçı və ekspertlərin yol verdikləri ən böyük səhv onların neft bazarında tələb-təkliflə bağlı statistik məlumatlara əsaslanmasıdır. Xüsusilə təkliflə bağlı rəqəmlərə ona görə əsaslanmaq olmaz ki, Liviya, İraq kimi ölkələrdə nə qədər neft çıxarıldığını və ixrac olunduğunu heç kim dəqiq bilmir. Bəzi hallarda isə OPEC üzvü olan ölkələr isə öz kvotalarını pozduqlarını göstərməmək üçün istehsal və ixrac rəqəmlərini azaldırlar. 

- ABŞ-ın borcu 18 trilyon dollar ətrafındadır ki, bu da onun ÜDM-nin 100%-i həcmindədir. İqtisadi normativlərə görə bu yüksək və narahatedici rəqəm deyildir. Nəzərə alsaq ki, borc dollarladır və ABŞ da həmin dolları çap edən ölkədir. Lakin, ABŞ bu borcu da azaltmaqda qətiyyətli görünür. 

Qeyd olunanlar ABŞ-ın 2020-ci illərdə həyata keçirməyi nəzərdə tutduğu siyasətin gerçəkləşməsi məqsədilə fundamental bazalar əldə etməyə hesablanır və 2020-ci ilə qədər nail olmaq istədiyi ümumi hədəflər və nəticələrdir. Siyasətdə əsas amil ölkənin mənafeyidir. ABŞ-ın həyata keçirdiyi siyasət də onun mənafeyinə xidmət etdiyi üçün anlaşılandır. 

Azərbaycan üçün isə ən təhlükəli amil dolların manata nisbətdə kursu məsələsidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272