BANK

Dolların gələn ilə gözlənilən məzənnəsi – MƏLUM OLDU
28 NOYABR
14055

Dolların gələn ilə gözlənilən məzənnəsi – MƏLUM OLDU

2016-11-28 10:43:00

Azərbaycanda ABŞ- dollarının məzənnəsi ilə bağlı qeyri-müəyyənlik davam edir. İndiyədək mövcud olan ənənənin əksinə olaraq, 2017-ci ilin dövlət büdcəsi layihəsində də gələn il üçün dolların məzənnəsi ilə bağlı təqribi məzənnə açıqlanmayıb. 

Əvəzində bu məlumat başqa mənbədən açıqlanıb. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov gələn il Fonddan büdcəyə transferin 3,5 miyard dollar olduğunu açıqlayıb. 

2017-ci il üzrə büdcə haqqında qanunda Dövlət Neft Fondundan büdcəyə köçürmələrin məbləği manatla göstərilib və bu 6,1 milyard manatdır. 

Beləliklə, hesablama nəticəsində belə bir qənaətə gəlmə olar ki, gələn il dolların manata olan məzənnəsi 1,74-dən aşağı olmayacaq. Söhbət rəsmi məzənnədən gedir. 

Xatırladaq ki, hazırda dolların rəsmi məzənnəsi 1,72 manat ətrafındadır. Bəzi proqnozlarda ilin sonunadək bu rəqəmin 1,85-1,90 manat olacağı bildirilir.

Qeyd edək ki, qarşıdakı illərdə neft gəlirlərinin azalması ilə əlaqədar olaraq Neft Fondundan büdcəyə transferlərin getdikcə azalmasının şahidi olacağıq. Buna görə də manatın möhkəmlənməsi üçün hökümət neft amilindən asılılığın azaldılması üçün alternativlər üzrində çalışır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270