BANK

Bağlanmış iki bankın tələblərinin qəbulu – BAŞA ÇATDI
28 NOYABR
316

Bağlanmış iki bankın tələblərinin qəbulu – BAŞA ÇATDI

2016-11-28 10:41:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin kreditorlarının tələblərinin qəbulu prosesini başa çatdırıb.

Bankların ləğvedicisi olan Fonddan verilən məlumata görə, bu bankların kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il tarixdən başlanılıb və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadları ilə "Qafqaz İnkişaf Bankı" və "Atrabank" müflis elan olunub və ADIF həmin tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272