BANK

"Dollar kreditlərini rəsmi məzənnə ilə manata çeviririk" - BANK RƏHBƏRİ
25 NOYABR
2745

"Dollar kreditlərini rəsmi məzənnə ilə manata çeviririk" - BANK RƏHBƏRİ

2016-11-25 19:52:00

"Bank of Baku" ASC-nin vaxtı keçmiş kreditlərinin artım tempi zəifləyib və kredit ödənişləri ilə bağlı vəziyyət sabitləşməyə doğru gedir.

Bu barədə Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.

"Xarici valyutada krediti olan müştərilər üçün təqdim etdiyimiz güzəşt imkanları həm onlara ödənişlərini daha rahat şəkildə icrasına, həm də Bankın problemli kreditlərinin azalmasına imkan yaradıb. Müştəri bu gün kredit borcunu tam olaraq bağlamaq istəsə, 1,45 AZN/USD məzənnəsi ilə bu əməliyyatı icra edə bilər", - deyə İdarə Heyətinin sədri qeyd edib.

A.İbrahimov əlavə edib ki, bununla yanaşı, dollar kreditini manata çevirmək istəyən şəxslərə Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə borcun konvertasiyası təklif olunur: "Bu güzəştlərlə müştərilərin məzənnə dəyişikliyindən əziyyət çəkməsinin və eyni zamanda kredit tarixçələrinin korlanmasının qarşısının alınmasına dəstək göstərmək niyyətindəyik".

Onun sözlərinə görə, bu tədbirlər nəticəsində "Bank of Baku"nun kredit portfelində dollarda olan istehlak kreditlərinin payı xeyli azaldılıb: "Hazırda kredit portfelinin cəmi 17%-i dollarda olan istehlak kreditlərinin payına düşür".

Eləcə də bax: İpoteka kreditləri bu şərtlərlə veriləcək – YENİ QAYDALAR

Eləcə də bax: 28 MALL-dakı "qara cümə" – ENDİRİMLƏRİ

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270