BANK

Banka vurulan ziyanı ödəməli olacaqlar – YENİLİK
25 NOYABR
723

Banka vurulan ziyanı ödəməli olacaqlar – YENİLİK

2016-11-25 16:12:00

Bankda mühüm iştirak payına malik olan səhmdarlar və inzibatçılar qanunsuz hərəkətləri nəticəsində banka vurduqları zərəri ödəməli olacaqlar. Bu, “Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Qanun layihəsində qeyd olunur ki, səhmdar və inzibatçı əsas vəsaitlərin satılması, bağışlanması və ya mülki əqdlərin bağlanma yolu ilə mənimsənilməsi və ya israf edilməsi, əsas vəsaitlərin girov qoyulması və ya təminat göstərilməsi, ödəniş qabiliyyəti olmayan şəxslərə kredit verilməsi, qeyri-mütənasib həcmdə, müvafiq və dividendlərin ödənilməsi, depozit hesabları açaraq bu hesabların təminat göstərilməsi, əmlaka hüquqların təmin edilməsi məqsədilə bankın əmlakının mənimsənilməsi və ya israf edilməsi qanunsuz hərəkəti nəticəsində banka vurduqları zərəri ödəməlidirlər.

Bundan başqa, qanun layihəsinə əsasən, müvəqqəti inzibatçı səhmdar və ya inzibatçıdan zərəri ödəməsini tələb edə bilər. Bundan sonra səhmdar və ya inzibatçı istərsə könüllü şəkildə ödəniş edə, istərsə də ödənişdən imtina edə bilər. “İmtina edildiyi təqdirdə, səhmlər ya dövlət mülkiyyətinə keçirilir və ya müvəqqəti inzibatçı tərəfindən ödənişdən imtina edildiyinə dair məhkəməyə müraciət olunacaq. Məhkəmənin qərarı ilə inzibatçı və ya səhmdarlar ya müflis elan ediləcək (banka vurulan zərər həddində), banka zərər vurmuş şəxslərin əmlakının üzərinə həbs qoyulacaq və ya bu şəxslərin ölkəni tərk etməsi məhdudlaşdırılacaq”, - deyə qanun layihəsində bildirilir.

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272