BANK

10 bankın əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏM
25 NOYABR
336

10 bankın əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏM

2016-11-25 15:57:00

Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 23-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 863 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Fins.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 410 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 144 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 218 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 926 min manatı (ümumi kompensasiya öhdəliyinin 92 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 205 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 421 milyon 884 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizi) kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 708 milyon 643 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272