BANK

Müflis olan bankları Palata "müalicə edəcək"
25 NOYABR
513

Müflis olan bankları Palata "müalicə edəcək"

2016-11-25 11:44:00

"Banklar haqqında" qanuna edilən dəyişikliklər Azərbaycanın modern bankçılıq tarixində ən fundamental və ən radikal dəyişiklikləri əks etdirir.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq təminatı idarəsinin rəisi Nurlan Babayev bank forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi hökumətdə müzakirə edildikdən sonra Prezident Administrasiyasına göndərilib. "Layihə ilə bağlı Palata, Mərkəzi Bank və Maliyyə Nazirliyi arasında fikir ayrılığı olmayıb. Bu dəyişikliklər hətta inkişaf etmiş ölkələrdə qəbul olunan qanunlardan belə daha çevikdir. Bu qanun bankların ödəmə qabiliyyətini itirdiyi anda artıq Palatanın nəzarətində restrukturizasiyasını nəzərdə tutur. Əvvəl belə idi ki, bank ödəmə qabiliyyətini itirəndə biz onu ləğv edirdik, Əmanətlərin Sığortalanması Fondu külli miqdarda vəsait ödəyirdi, ya da təşviq edirdik ki, orada müəyyən konsolidasiya prosesləri həyata keçirilsin. Son təcrübə isə onu göstərdi ki, heç bir bank konsolidasiyaya getməyə maraq göstərmir. Bu, bir tərəfdən korporativ mədəniyyətin bir o qədər də yüksək olmaması, investorların hüquqlarının effeektiv qorunmaması kimi də görünə bilər. Hər halda biz başa düşdük ki, bu məsələlər könüllü öz həllini tapmır. Ona görə də bu qanun qəbul olundu. Bu qanunla isə bank ödəmə qabiliyyətini itirdiyi təqdirdə müvəqqəti inzibatçı banka daxil olur, bütün idarəçiliyi öz əlinə götürür və 5 seçimdən birini həyata keçirir: bütün aktiv və passivləri qiymətləndirir, tənzimləmə planını hazırlayır, ya bankı investora satır, ya bankı digər sağlam bankla birləşdirir, ya iki və ya ödəmə qabiliyyətli bankı sonradan satmaq məqsədilə birləşdirir, ya sağlam aktivləri körpü banka köçürüb, körpü bankı satır və yerdə qalan aktivləri ləğv edir, bütün bu seçimlər nəticə vermədikdə bankı ləğv edir.

N. Babayev əlavə edib ki, əvvəllər bu cür alətlər yox idi, buna görə də tənzimləyici "Bank Standard"ı ləğv etmək məcburiyyətində qaldı: “Halbuki "Bank Standard"da effektiv alətlər olsaydı, bank ləğv olunmazdı”.

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275