BANK

"Banklar haqqında" qanuna Prezident Administrasiyasında baxılır
25 NOYABR
297

"Banklar haqqında" qanuna Prezident Administrasiyasında baxılır

2016-11-25 11:37:00

Banklar haqqında" qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsinə hazırda Prezident Administrasiyasında baxılır.

Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, layihə artıq razılaşdırma prosedurundan keçib: "Bu məsələdə Palata, Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə fikir ayrılığı olmayıb".

Bundan başqa, MBNP maliyyə bazarlarının tənzimlənməsi haqqında da qanun layihəsi hazırlayıb. Amma bu layihə üzrə razılaşdırma proseduruna hələ başlanılmayıb və sənəd Nazirlər Kabinetinə təqdim olunub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271