BANK

Prezident “Elektron ipoteka” ilə bağlı – QƏRAR VERDİ
24 NOYABR
1265

Prezident “Elektron ipoteka” ilə bağlı – QƏRAR VERDİ

2016-11-24 16:33:00

Prezident İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

Sənədlə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275