BANK

Ən çox zərər və ən çox mənfəət götürən banklar – AÇIQLANDI
24 NOYABR
1169

Ən çox zərər və ən çox mənfəət götürən banklar – AÇIQLANDI

2016-11-24 16:10:00

Azərbaycanda 9 ayın nəticələrinə görə, bank sektorunda ən çox mənfəət əldə edən və ən böyük zərərlə üzləşən banklar məlum olub. Qeyd edək ki, İran və Pakistan Milli banklarının Bakı filiallarını nəzərə almasaq, ölkədə 30 kommersiya bankı fəaliyyət göstərir. 3-cü rübün nəticəsinə görə bankların təxminən yarısı zərərlə çalışıb. 

Bank sektoru üzrə yaranan təxminən 130 mln. manatlıq mənfəətin 50%-i 3 banka məxsus olub. Bunlar «Paşa Bank», «Kapital bank» və «Atabank»dır. 

Eyni zamanda, Beyəlxalq Bankın zərəri nəzərə alınmasa bank sektoru üzrə yerdə qalan zərərin 65%-i 3 banka məxsus olub. Bunlar isə «Access bank», «Bank of Baku» və «Bank Respublika»dır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272