BANK

Bank sistemi hara gedir? – HƏDƏFLƏR AÇIQLANDI
24 NOYABR
429

Bank sistemi hara gedir? – HƏDƏFLƏR AÇIQLANDI

2016-11-24 12:19:00

Əgər vaxtında banklara qarşı 50 milyon manatlıq kapital tələbi qoyulmasaydı, hazırda banklar daha ciddi problemlərlə üzləşə bilərdi. Fins.az bildirir ki, bu barədə Bakıda keçirilən bank forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib: «Banklara əgər vaxtında 50 milyon manatlıq kapitallaşma tələbi qoyulmasaydı onların daha ciddi problemləri ola bilərdi. İzafi kapitallaşma isə bankların probleminin bir hissəsini həll etməyə imkan verdi». 

Palata rəhbəri qarşıdakı dövrdə bank sektoru ilə bağlı hədəfləri də açıqlayıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə 3 hədəf var. Bunlar  

1) Sağlam bank sistemi yaratmaq – bankların kapitalı yetərli, likvidliyi yüksək olmalıdır

2) Bankların dayanıqlılığı – hər hansı problemdən bank sistemi sarsılmamalıdır. 

3) Effektiv bank sektor yaratmaq - Bank sektoru iqtisadi cəhətdən effektiv olmalı və iqtisadiyyata kredit qoyuluşlarını bərpa etməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270