BANK

«Biznes sektoru kredit gözləyir, əhali isə banklara inanmır» – PALATA
24 NOYABR
298

«Biznes sektoru kredit gözləyir, əhali isə banklara inanmır» – PALATA

2016-11-24 12:02:00

Bu gün Azərbaycanın bank sektoru çoxsaylı suallarla üzləşib və bank məsələləri iqtisadiyyat üçün ən kritik mövzudur. Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən bank forumunda bildirib. Onun sözlərinə görə, hazırda biznes sektoru aktiv kreditləşmə gözləyir, əhali isə bankların etibarlığı məsələsində hələ də şübhəlidir. 

Palata rəhbəri son vaxtlar ölkədə aparılan islahatların müəyyən nəticələr verdiyini qeydedib: «Ölkədə intensiv iqtisadi devirsifikasiya həyata keçirilir və qeyri-neft sektorunun ÜDM-də payı 65%-ə çatıb. Ölkədəki iqtisadi dəyərdə regionların payı artaraq hazırda 30%-ə çatıb».

Amma  bunlara baxmayaraq hələ də neftdən asılılıq böyükdür: «Biz deversifikasiyanın tarixini nəzərə alsaq, bu proses 15 ildir ki, gedir. Görünür, bu müddət əaz olduğuna görə, bizim neft sektorundan asılılığımız qalıb və neft gəlirlərini azalması maliyyə sektorunda problemlər yaratdı». 

Rüfət Aslanlı bank sektorundakı problemləri də dəqiqləşdirib. Onun sözlərinə görə, maliyyə sektorundakı çətinliklər 3 hissədən ibarətir. 

1) İlk növbədə valyuta ehtiyatlarının azalması, 

2) Fiskal gəlirin azalması

3) Tədiyyə balansının defisitə keçməsi. 

Nəticədə 2015-ci ildən bəri baklarda olan depoziitlərin çəkisi azalmağa başlayıb və ölkədən valyuta axını müşahidə olunub. Kredit portfelinin 50%-dən çoxu xarici valyutada olduğuna görə, devalvasiya nəticəsində onun dəyəri ikiqat artıb və ödənilməsində ciddi problemlər yaşanıb: «Nəticədə banklar çox ciddi valyuta itkisinə məruz qaldılar»-deyə Palata rəhbəri bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271