BANK

Banklara ilin sonunadək vaxt verilib – PALATA
24 NOYABR
732

Banklara ilin sonunadək vaxt verilib – PALATA

2016-11-24 11:14:00

Azərbaycan banklarının səhmdarları  bu ilin sonunadək kapitallaşma ilə bağlı problemləri həll edəcəkləri barədə öhdəlik götürüblər. Fins.aZ—ın məlumatına görə, bu barədə Bakıda keçirilən bank forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, Patala tərəfindən bankların diaqnostikası aparılıb, kapital çatışmazlığı olan banklar müəyyən edilib». 

Palata rəhbəri bildirib ki, kapital problemi olan bankların səhmdarlarına əlavə kapitallaşma tələbi irəli sürülüb və artıq bu proses gedib.

Bəzi banklar bu prosesi ilin sonundadək həll edəcəkləri öhdəliyini götürüblər. 

Palata rəhbərinin sözlərindən belə nəticə çıxarmaq olar ki, hazırda işləyən bütün banklar kapital tələbini yerinə yetirə biləcəklər, çünki buna imkanı olmayan banklar artıq sistemdən çıxarılıb: «Hesab edirəm ki, kapitallaşma imkanı olmayan banklar artıq sistemdən kənarlaşdırılıb». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275