BANK

Bankların daha ciddi problemləri ola bilərdi
24 NOYABR
419

Bankların daha ciddi problemləri ola bilərdi

2016-11-24 10:22:00

“Əgər Mərkəzi Bank devalvasiyadan öncəki il banklar üçün məcmu kapital tələbini 5 dəfə artırmasaydı, bu gün bank sektoru daha ciddi problemlər ilə qarşı-qarşıya qala bilərdi”.

Fins.az-ın verdiyi məlumata görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Bakıda keçirilən “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” adlı forumda bildirib.

“Devalvasiya dollarlaşmanın atmsına, dollar əmanətlərinin cəmi əmanət portfelinin 80%-ni keçməsinə, xidmət haqlarının artmasına, xidmətlərin maya dəyərinin yüksəlməsinə, vaxtı keçmiş kreditlərin artmasına və bankların kapitallarını itirmələrinə səbəb oldu. Əgər vaxtı ilə Mərkəzi Bank kapital tələbini 10 milyon manatdan 50 milyon manata qaldırmasaydı, bu gün daha ciddi problemlər ilə qarşı-qarşıya qala bilərdik.”

Rüfət Aslanlı qeyd edib ki, bankların sahibləri çətin bir dövrdə bankları yenidən kapitallaşdırmalıdırlar.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272