BANK

Mərkəzi Bankın daha bir səlahiyyəti ləğv olundu
24 NOYABR
757

Mərkəzi Bankın daha bir səlahiyyəti ləğv olundu

2016-11-24 09:11:00

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”nda dəyişiklik edib.

Bu Qaydalar  Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsinin ümumi mexanizmini və şərtlərini müəyyən edir.

Dövlət Xidmətinin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir. Vəsaitlərin istifadə istiqamətləri, müddəti və şərtləri müəyyən olunmuş qaydada müvəkkil kredit təşkilatları ilə Dövlət Xidməti arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün 1000000 manat həcmini aşmamaq şərtilə ilkin kredit xətti müəyyən edilir. İlkin və növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.

Müvəkkil kredit təşkilatları vasitəsilə kreditləşdirilən layihələrin məbləği həmin kredit təşkilatlarının məcmu (ümumi) kapitalı qədər ola bilər. İndiyə qədər kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Milli Bank tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən edilib. Qaydaya edilən dəyişikliyə əsasən bundan sonra kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən ediləcək. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275