BANK

Bankın bağlanacağını nədən bilmək olar? – ƏLAMƏTLƏR
23 NOYABR
3418

Bankın bağlanacağını nədən bilmək olar? – ƏLAMƏTLƏR

2016-11-23 16:07:00

Əgər bank öz göstəricilərini gizlədirsə, onun gələcəyindən şübhələnmək lazımdır. Eyni hal dollar əmanətlərini yüksək faizlə cəlb edənlərə də aiddir. Bu barədə iqtisadi ekspert Samir Əliyev fins.az-ın Facebook səhifəsində «Hansı banklar bağlanmayacaq» mövzusunda sorğuya münasibət bildirərkən bildirib.

Ekspert bağlanmaq ehtimalı olmayan və ya aşağı olan bankların aşağıdakı kimi xarakterizə edib:

- Dövlət bankları

- Aktivlərinin həcminə görə ilk beşliyə daxil olan banklar

- Maliyyə hesabatlarını rəsmi saytlarında vaxtlı-vaxtında yerləşdirən banklar

- Problemli kreditlərin payı aşağı olan banklar

Bağlanmaq ehtimalı yüksək olan banklar:

- Maliyyə hesabatlarını rəsmi saytlarında vaxtlı-vaxtında yerləşdirməyən banklar

- Əmanətləri, o cümlədən xarici valyutada olan əmanətləri yüksək faizlə cəlb edən banklar

- Əhaliyə müqavilə müddəti bitmiş əmanətləri qaytarmaqda çətinlik çəkən banklar

- Əmanət qəbulunu Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dayandırmış banklar

- Problemli kreditlərin payı yüksək olan banklar

Bununla yanaşı, S.Əliyevin sözlərinə görə, bankın real sahibinin statusu onun gələcək taleyini müəyyənləşdirmək üçün əsas indikatordur. Eləcə də, bildirib ki, bankın filialının bağlanması və ya birləşməsi onun bağlanması potensialını yüksək olması anlamına gəlməməlidir. Bu, daha çox xərcləri optimallaşdırmaq siyasətidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275