BANK

Vəziyyətinizi gizlətməyə çalışmayın – BANKLARA İSMARIC
23 NOYABR
451

Vəziyyətinizi gizlətməyə çalışmayın – BANKLARA İSMARIC

2016-11-23 14:49:00

"Bankların maliyyə hesabatlarını açıqlaması ilə bağlı Azərbaycan Banklar Assosiasiyası banklarla müvafiq toplantı keçirib. Bu toplantıda bu tələbin banklar tərəfindən birmənalı şəkildə icrasının həyata keçirilməsi tələb olunub". 

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, artıq kommersiya banklarının hər biri öz hesabatını açıqlayıb və bu hesabatlar həm bankların öz saytında, həm də qurumun təsis etdiyi qəzetdə yer alıb.

"Maliyyə hesabatlarını hər bir bank istisnasız olaraq həyata keçirməlidir. Hər hansı banka istisna müəyyən edilməyib. Hər hansı bankın məlumatında yetərsizlik olarsa, biz buna həmin banklar vasitəsilə aydınlıq gətirməyə hazırıq", - deyə Z. Nuriyev bildirib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275