BANK

Avropa Bankı Azərbaycan bankına 20 milyonluq kredit verəcək
22 NOYABR
356

Avropa Bankı Azərbaycan bankına 20 milyonluq kredit verəcək

2016-11-22 11:46:00

Avropa İnvestisiya Bankı (AİB) "AccessBank"a ikinci kredit xəttinin ayrılmasını təsdiqləyib.

Kreditin məbləği 20 milyon avro təşkil edəcək. Təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldiləcək.

"AccessBank" ölkədə mikro, kiçik və orta biznesi (KOB) maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

Bu kredit AİB-nin Xarici Kreditləşmə Mandatının vəzifələrinə müvafiqdir. Bu mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272