BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
22 NOYABR
1211

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-11-22 11:33:00

Noyabr ayının 22-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “AGBank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.7700 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1. 6409 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə Pakistan Milli Bankının Azərbaycan filialındadır -1.7550 manat. Ancaq bu bank bu gün valyuta satmır. Digər bankların əksəriyyətində  ABŞ valyutası 1.7770 manata satılır.  

Dolların ən yüksək satış qiyməti isə 1.7774 manatdır. Bu gün “AGBank” və “Amrahbank”da dolların satış  məzənnəsi  belədir.

 Avro qiymətləri  

Avronu ən baha  satan “Amrahbank”dır. Bu bankda Avropa  valyutasının satış məzənnəsi  1.8892 manat müəyyən edilib. Avronu ən ucuz  “Günaybank” və “Bank Silk Vey” satır -1.8832 manat.

Avronu  ən ucuz alan isə“Yapı Kredi Bank”dir  -1.7441 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1.8700 manata alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272