BANK

"Yapı Kredi Bank Azərbaycan"ın zərəri 4 dəfədən çox artıb
22 NOYABR
379

"Yapı Kredi Bank Azərbaycan"ın zərəri 4 dəfədən çox artıb

2016-11-22 11:03:00

Yapı Kredi Bank Azərbaycan 2016-cı ilin 3-cü rübünün sonuna dair hesabatlarını açıqlayıb.

Bankın qeyd olunan dövrə zərəri 5.2 mln. manata qədər artmışdır. Məlumat üçün bildirək ki, 2-ci rübün sonunda bankın zərəri 1.2 mln. manata bərabər idi. Zərərin bir rüb ərzində 4 dəfəyə qədər artmasına səbəb isə , vaxtı keçmiş kreditlər üzrə portfel üzrə ehtiyatların təxminən 2 dəfə artması ilə əlaqədardır.

Vaxtı keçmiş kreditlər üzrə portfeldə kifayət qədər artımlar müşahidə olunur. Bank 2-ci rüblə 3-cü rüb arasında vaxtı keçmiş portfelin həcmini 10 mln. manat artıraraq 57 mln. manata çatdırmışdırki, buda ümumi kredit portfelində onun xüsusi çəkisini 25.8% təşkil edir.

Maraqlı nüanslardan biri, bankın aktivlərində olan artımdır. Banker.azın digər banklarda apardığı monitorinq nəticəsində, 3-cü rübdə atkvilərində müşahidə olunan çox az sayda bank olmuşdurki, onların arasında Yapı Kredi Bank yer alır. Bankın aktivlərində artım daha çox digər banklarda nostro hesablarında artım nəticəsində olmuşdur. Hazırda bankın aktivləri 415 mln. manat təşkil edir.

Balans Hesabatı

Mənfəət və zərər

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272