BANK

“NBC Bank” da xalis mənfəət üzünə həsrətdir
22 NOYABR
305

“NBC Bank” da xalis mənfəət üzünə həsrətdir

2016-11-22 10:31:00

“NBC Bank” ASC 2016-cı ilin 9 ayını 1 milyon 415 min manat zərər ilə başa vurub.

Yanvar-sentyabr aylarında Bankın cəmi gəlirləri 14 milyon 976 min manat, xərcləri isə (faiz və qeyri-faiz) 10 milyon 399 min manat təşkil edib. Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 992 min manat ayırdığından əməliyyat mənfəəti tamamilə silinib və 1 milyon  415 min manatlıq zərər yaranıb.

Xatırladaq ki, “NBC Bank”  2015-ci ili 13 milyon 791 min manat zərər ilə başa vurmuşdu.

30 Sentyabr 2016-cı il tarixinə “NBC Bank”, 147 milyon 440 min manat cəmi aktivlərə, 94 milyon 237 min manat cəmi öhdəliklərə, 53 milyon 203 min manat cəmi kapitala malik olub. “NBC Bank” ötən ilin sonunda 167 milyon 261 min manat cəmi aktivlərə malik idi.

30.09.2016-cı il tarixinə olan məlumata görə, “NBC Bank”ın 124 milyon 680 min manatlıq kredit portfelinin 10.80%-nin ödəmə vaxtı keçib. Ötən ilin sonunda bu nisbət 5.81% idi.

Bank 1 milyon 181 min manat adi, 8 milyon 512 min manat məqsədli ehtiyatlara malik olub (kredit portfelinin 7,78%-i).

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272