BANK

İpoteka kreditləri başlanır – 50 MİLYON BURAXILACAQ
22 NOYABR
665

İpoteka kreditləri başlanır – 50 MİLYON BURAXILACAQ

2016-11-22 09:21:00

Azərbaycanda növbəti ipoteka kampaniyası üçün vəsaitlərin formalaşdırılmasına start verilib. Fins.az-ın məlumatına görə, noyabrın 21-də Maliyyə Bazarlarına Nəzarət Palatası «Azərbaycan İpoteka Fondu» ASC-nin 50 milyon manatlıq ipoteka istiqrazlarının emissiya prospektini təsdiqləyib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan  50 000 ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazları buraxılacaq.

Qeyd edək ki, bir qayda olaraq ipoteka istiqrazlarının buraxılması ilə əldə edilən vəsaitlər adi ipoteka kreditlərinin (illik 8%-lə verilən) ayrılmasına sərf edilir. Sosial ipoteka kreditləri (illik 4%-lə verilir) üçün vəsaitlər isə dövlət büdcəsindən ayrılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275