BANK

“Amrahbank” zərərin içində “üzür”
22 NOYABR
683

“Amrahbank” zərərin içində “üzür”

2016-11-22 09:09:00

“Amrahbank” ASC 2016-cı ilin 9 ayını 3 milyon 868 min 931 manat zərər ilə başa vurub.

Bankın zərəri ötən ilin anoloji dövrü ilə müqayisədə azalıb. Bank 2015-ci ilin 9 ayında 4 milyon 906 min 262 manat zərər açıqlamışdı.

Bu ilin yanvar – sentyabr aylarında Bankın cəmi gəlirləri 24 milyon 821 min manat təşkil edib. Bank gəlirlərinin 8 milyon 350 min manatını kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara ayırıb. Digər xərclər çıxıldıqdan sonra  3 milyon 868 min 930 manatlıq zərər yaranıb. Əgər bank ehtiyatlara ayırma etməsəydi xalis mənfəət açıqlaya bilərdi.

30 Sentyabr 2016-cı il tarixinə “Amrahbank”ın cəmi aktivləri 262 milyon 150 min manat, öhdəlikləri 205 milyon 527 min manat və cəmi kapitalı 56 milyon 623 min manat  təşkil edib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272