BANK

Mərkəzi Bank bazara 75 milyonluq not çıxartdı
21 NOYABR
357

Mərkəzi Bank bazara 75 milyonluq not çıxartdı

2016-11-21 15:18:00

Bu həftənin çərşənbə günü BFB-də Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Fins.az xəbər verir ki, bu dəfə 75 milyon manat həcmində not bazara çıxarılıb. Bir notun nominal dəyəri 100 AZN təşkil edir. 

Hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Lakin bəzi şərtlər də var. Belə ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Həmçinin hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Notların buraxılış parametrləri aşağıdakılardır: 

Dövlət qeydiyyat №-si

50100452S

Hərraca çıxarılan həcm

75  000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28  gün

Ödəmə tarixi

21 dekabr  2016-cü  il

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270