BANK

“Atabank”ın vəziyyəti məlum oldu – HESABAT
21 NOYABR
508

“Atabank”ın vəziyyəti məlum oldu – HESABAT

2016-11-21 15:11:00

“Atabank”ın üçüncü rüb üzrə vəziyyəti məlum olub. Fins.az xəbər verir ki, bankın aktivlərində azalma tendensiyası davam edib. Belə ki, bu ilin iyul-avqust-sentyabr aylarında bankın aktivləri 7 milyon manat azalıb və 479 milyon 448 min manata düşüb. 

Bankın 2016-cı ilin iyun ayına olan hesabata görə, bankın kredit portfeli 52 161 min manat olduğu halda, 3 ay ərzində 50 817 min  manata düşüb. Bank qiymətli kağızlara 15 milyon manat vəsait yatırıb.  

“Atabank”ın üçüncü rüb üzrə faiz gəlirləri 38203,96 manat olub və bunun 36 milyon 881 min manatı faiz kreditləridir. Kreditlər üzrə faiz daxilolmalarında birinci yeri fiziki şəxslərə şəxsi məqsədlər üçün verilmiş kreditlər tutur. Burada faiz gəirləri 12 407,93 min manat olub. İkinci yerdə kreditlər üzrə faiz gəliri ilə 7 399,9 min manat təşkil edən emal sənayesidir. Bu seqmentdə üçüncü ən böyük sektor isə tikinti sektorudur, Burada kreditlər üzrə faiz gəlirləri 5 milyon 206 min manatdır. 
Faizlər və onlarla bağlı xərclər isə 18 milyon 500 min manatdır. Burada depozitlər üzrə faiz xərcləri 16063,96 min manat təşkil edir. Bankın xalis faiz gəliri 19703,7 min manat, qeyri-faiz gəliri 9923,71 min manat təşkil edib. 
Bu ilin 9 ayı üzrə əməliyyat mənfəəti 13 milyon 888 min manat olub. Bunun 1 173 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar təşkil edir. Kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar  isə 1 milyon 070 min manat olub. Vergilər ödənilənədək bankın xalis mənfəət 15061,27 manat təşkil edib.
 
Həmçinin bankın məcmu kapitalında da artım qeydə alınıb. Beləki, bu ilin iyun ayında bankın məcmu kapitalı 65008,44 min olmuşdusa, 3-cü rübün sonunda 70341,4 min AZN olub. 

Bankın depozit portfeli 252 milyon 030 min AZN-dir, bu, 16 milyon 658 min azalma deməkdir. Müddətli depozitlər 193917,23 min manata, fiziki şəxslərin əmanətləri isə 192397,2 min manata enib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272