BANK

Banklar Mərkəzi Banka inandılar – HƏRRAC NƏTİCƏLƏRİ
21 NOYABR
6566

Banklar Mərkəzi Banka inandılar – HƏRRAC NƏTİCƏLƏRİ

2016-11-21 12:10:00

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi depozit hərracında aktivlik gözləniləndən artıq olub. Fins.az-ın AMB-ə istinadən məlumatına görə, noyabrın 21-də keçirilən depozit həracında 50 milyon manatlıq depozit üçün bankların tələbi 105 mln. manat və ya təklifdən 2 dəfə artıq olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% təşkil edib.
Qeyd edək ki, AMB-nin depozit qəbulu üzrə hərracları bundan əvvəl də təqribən eyni şərtlərlə olsa da, banklardan belə aktivlik müşahidə olunmamışdı. Belə ki, noyabrın 14-də keçirilən hərracda 50 milyonluq təklif qarşısında 52 milyon tələb, noyabrın 7-də keçirilən hərracda isə 50 milyon manatlıq təklif qarşısında 65 milyonluq tələb qeydə alınmışdı.
Qeyd edək ki, depozit hərracından fərqli olaraq AMB-nin Bakı Fond Birjasında həyata keçirdiyi notlara maraq elə də böyük olmayıb. Burada bankların tələbi təklifdən az olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272