BANK

“Qara bazar”da dollar ucuzlaşıb
21 NOYABR
3706

“Qara bazar”da dollar ucuzlaşıb

2016-11-21 08:26:00

Şənbə günü Bakıda “qara bazar”da dollar ucuzlaşıb.

Belə ki, əgər cümə axşamı və cümə günü Amerika valyutası 1,8250  manata alınıb, 1,8350 manata satılırdısa, şənbə günü bir dolları 1,78 manata alıb, 1,77 manata satmaq mümkün olub.

Bu, müşahidəçilərə belə düşünməyə əsas verir ki, bu həftə məzənnə artımı yüksək həddə çatıb və Amerika valyutasına tələbat azalıb.

Qeyd edək ki, AMB son iki gündə dolların manata nisbətən məzənnəsini stabil 1,7092 USD/AZN səviyyəsində saxlayıb.

Son həftə ərzində bir çox kommersiya bankı dollar və avro satışını ya məhdudlaşdırıb, ya da heç satmayıb.

Mənbə: Contact.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270