BANK

Tək-tük bank dollar satır – SİYAHI
18 NOYABR
1933

Tək-tük bank dollar satır – SİYAHI

2016-11-18 14:23:00

Artıq bu gün günün ikinci yarısından etibarən bankların demək olar ki, hamısı valyuta satışını dayandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, “Xalq bank” “Dəmirbank” bu gün saat 12-dən sonra dollar satmaqdan imtina edib. Qeyd edək ki, bu gün səhər fins.az banklardan nə qədər valyuta almağın mümkünlüyünü araşdırıb. Səhər saatlarında “Xalq bank” 500 dollarlıq limitlə satışı həyata keçirirdi. “Dəmirbank”da isə limit 100 dollar müəyyən edilmişdi. Lakin sonradan hər 2 bankda satış tam dayandırılıb.

Eləcə də bax: Banklar dollar satışını kütləvi şəkildə dayandırır – SİYAHI – YENİLƏNİR

Beləliklə, dollar satan bankların sayı 5-ə enib. “Rabitəbank” 100 dollar, “Turanbank” isə 200 dollarlıq limitlə satışı davam etdirir. “CDB Bank” hələki dolları limitsiz satır. “Yapı Kredi Bank” cəmi 50 dollar, “Expressbank” isə 100 dollar satır.

Bu gün həftənin son iş günü olduğu üçün banklar dolların satış limitini bir qədər də azaldıblar və ya tam dayandırıblar. Onlar qarşıdakı 2 qeyri-iş günlərində valyuta satmayacaqlar. Ehtimal olunur ki, bununla banklar gələn həftə üçün daha çox valyuta ehtiyatı saxlamaq məqsədi güdürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274