BANK

Avro dəyərdən düşür
18 NOYABR
411

Avro dəyərdən düşür

2016-11-18 13:17:00

Avro dollara nisbətən son 14 ildə ən aşağı səviyyəyə düşüb. Artıq birjalarda 1 avro almaq üçün 1.06 dollar almaq lazımdır.

Fins.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib. Bildirib ki, 1 Avropa puluna bu ayın əvvəllərində 1 dollar 12 sent ödəmək lazım idi. 
"Son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması D.Trampın ABŞ Prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da daha sonra Federel Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ehtimalları avronu dəyərsizləşdirdi. FES-in uçot stavkasını artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik ediblər. Bu da avro təklifini artırır". 
Ekspet hesab edir ki, İtaliyadakı seçilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oyanmır. 
"Bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmadı. Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzərə aldıqda Avropa pulunu ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu eyni zamanda dolaysı olsa da valyuta bazarında dollara tələbi daha da artırır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272