BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
18 NOYABR
1013

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-11-18 11:18:00

Noyabr ayının 18-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Turanbank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.7740 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1. 6409 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə Pakistan Milli Bankının Azərbaycan filialındadır -1.7600 manat. Ancaq bu bank bu gün valyuta satımır.

Dolların ən yüksək satış qiyməti isə 1.7775 manatdır. Bu gün “VTB Bank”da dolların satış  məzənnədi  belədir. Lakin bu bank valyuta satışını dayandırıb.  Valyuta satan  bankların demək olar ki, hamısı dolları 1.7770 manata satır.  

 Avro qiymətləri 

Avronu ən baha  satan “Yapı Kredi Bank”dır. Bu bankda Avropa  valyutasının satış məzənnəsi  1.8851 manat müəyyən edilib. Avronu ən ucuz  “Atabank” satır -1.8850 manat.

Avronu  ən ucuz alan isə“Yapı Kredi Bank”dir  -1.7405 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1.8800 manata alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270