BANK

Deputatdan – DEVALVASİYA ANONSU
18 NOYABR
19005

Deputatdan – DEVALVASİYA ANONSU

2016-11-18 10:18:00

Ötən il milli valyutamızı qorumaq üçün 11 mlrd. vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki, biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik.

Fins.az-ın verdiyi məlumata görə, bu haqda Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.

“Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək. Düşünürəm ki, Mərkəzi bank hal-hazırda düzgün siyasət aparır”, – dey V.Əhmədov bildirib.

Neftin qiymətinə toxunan millət vəkili bildirib ki, o, qiymətin birjalardan asılı olması barədə fikirlərlə razılaşmır: “Son hadisələr göstərdi ki, neftin qiyməti müəyyən kabinetlərdən asılıdır”.

V.Əhmədov ölkədə sahibkarlığın inkişafı və rayonlara dotasiya verilməsi məsələsindən də danışıb. “Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya vermirik. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır”, – deyə V.Əhmədov bildirib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275