BANK

Bu bank böhranı hiss eləmir – HESABATIN TƏHLİLİ
18 NOYABR
1234

Bu bank böhranı hiss eləmir – HESABATIN TƏHLİLİ

2016-11-18 08:45:00
Xalq Bank bu ilin sentyabr ayına olan hesabatını açıqlayıb. Fins.az bankın 2015-ci ilin yanvar ayına olan hesabatı ilə 2016-cı ilin sentyabr ayına olan hesabatının müqayisəli təhlilini aparıb. 
 
Nağd vəsaitlərlə aparılan əməliyyat artıb
Beləki, bankın ötən dövr ərzində nağd vəsaitlər ilə aparılan əməliyyatlarının həcmi 14 milyon 915 min manatdan artaraq 129 milyon 623 min manat olub yəni, təxminən 9 dəfəyə qədər artım müşahidə olunub. AMB-yə qarşı olan tələbləri 2015-ci ilin yanvar ayına nəzərən 2016-cı ilin sentyabr ayında artımla müşahidə olunub yəni, 37 milyon 686 min manat olan tələbləri 65 milyon 711 min manata yüksəlib. Bu artımda isə əsas yeri müxbir hesablarda olan böyümə tutur. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər ötən ilin yanvar ayında müşahidə olunmasa da, bu ilin sentyabr ayında böyük artım nəzərər çarpır və bu rəqəm 90 milyon 462 min manat olub. Banklardakı depozitləri də eyni qayda ilə ötən ilin yanvarında müşahidə olunmasa da, bu ilin sentyabr ayında artım əldə  edib və 83 milyon 515 min manata qədər yüksəlib.
 
Qiymətli kağızlara investisiya qoyub
Ötən ilin yekunu üzrə hesabatda qiymətli kağızlara yatırılan investisiyalar olmasa da 2016-cı ilin sentyabrına bu göstərici 8 milyon 928 min manat təşkil edib. Overdraftlar da daxil olmaqla , müştərilərə verilən kreditlərin və lizinqlərin məbləğində olan artım da kifayət qədər böyükdür - 1 milyard 325 milyon 281 min manat.
Bankın digər aktivlərinin miqdarı ötən dövr ərzində artaraq 31 milyon  248 min manat olub . Beləliklə ,bankın aktivləri 2016-ci ilin sentyabr ayında  2015-ci ilin yanvar ayına nəzərən 5 milyon 549 min manat artaraq 1 milyard 748 milyon 534 min manat olub.
Bankın öhdəliklərində də ötən 9 ayda böyük artım var. Beləki, bankda yerləşdirilən depozitlərin miqdarı ötən müddət ərzində 496 milyon 087 min manat artaraq  1 milyard 202 milyon 313 min manat olub.Hüquqi şəxslərin tələbli depozitləri ötən dövr ərzində 55 milyon 840 min manatdan  73 milyon 118 min manata çatıb. Eyni qayda ilə fiziki şəxslərin tələbli depozitləri də ötən müddət ərzində    artaraq 121 milyon 692 min manat olub. Bununla yanaşı, hüquqi və fiziki şəxslərin müddətli depozitlərinin həcmi də 2015-ci ilin yanvar ayı ilə müqayisədə 2016-cı ilin sentyabr ayında dinamika görünür. Müvafiq olaraq  227 milyon 404 min manat və 780 milyon 097 min manat olub.   hər iki dövrdə də digər banklardan əldə edilən kreditlər müşahidə olunmayıb. Digər passivlərin miqdarı da 15 milyon 811 min manat artaraq  22 milyon 554 min manat təşkil edib. Əvvəldə də dediyimiz kimi, bankın cəmi öhdəlikləri  ötən ilin yanvar ayına nəzərən  bu ilin sentyabr ayında artaraq 1 milyard 519 milyon 369 min manata çatıb.
 
Xüsusi kapitalda 10 dəfə artım
Bakın xüsusi kapitalı ötən ilin yanvar ayına nisbətən bu ilin sentyabr ayında təxminən 10 dəfə artaraq, 216 milyon 401 min manata yüksəlib. Dövriyyədə olan adi səhmlərinin dəyəri 2015-ci ilin yanvar ayında  197 milyon 125 min manat olsa da, bu dəyər 2016-cı ilin sentyabr ayında artaraq 211 milyon 646 min manat təşkil edib. Bölüşdürülməmiş mənfəəti isə keçən bu müddətində nəzərə çarpacaq dərəcədə azalaraq  4 milyon 755 mi manat olub. Cari ilin xalis mənfəətində də artım müşahidə edilib yəni, ötən ilin yanvarında 699 min 725 manat olan cari ilin mənfəəti bu ilin sentyabrında 972 min 959 manat olub . Bankın ümumi ehtiyatları 9 milyon 643 min manatdan artaraq  12 milyon 763 min manata çatıb. Ümumilikdə, XalqBankın cəmi kapitalı 2016-cı ilin sentyabr ayında artaraq 229 milyon 164 min manat təşkil edib.
 
Səhmdarlar kimlərdir?  
Qeyd edək ki, bankın ən böyük səhmdarı  105 823 245,00 AZN və ya 50,00 % payla "İdeal Business Ko"MMCdir. Sonrakı pay çoxluğu 71 635 658,60 AZN və ya 33,85 % ilə "EuroStandard" MMC-yə və 34 187 586,40 AZN və ya 16,15 % ilə "Amal Invest Group" MMC-yə məxsusdur.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272