BANK

Xalq Bank gəlir və zərərini açıqladı – HESABAT
17 NOYABR
735

Xalq Bank gəlir və zərərini açıqladı – HESABAT

2016-11-17 15:06:00

ASC “Xalq Bank”ı 2016-cı ilin iyul-sentyabr aylarını əhatə edən 3-cü rübünü 9 milyon 275 min manat zərər ilə başa vurub.

3-cü rübdə Bankın cəmi gəlirləri 9 milyon 462 min manat, o cümlədən, faiz gəlirləri 8 milyon 862 min manat, qeyri – faiz gəlirləri 599.67 min manat təşkil edib.  Xərclər çıxıldıqdan sonra, Bankın 2 milyon 849 min manat xalis əməliyat mənfəəti qalıb. Lakin gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən zərərə görə Bankın zərəri 9 milyon 275 min manat təşkil edib.

Yanvar-sentyabr müddətində isə Bankın cəmi gəlirləri 98 milyon 590,8 min manat, xalis mənfəəti isə 972.95 min manat təşkil edib.

30 Sentyabr 2016-cı il tarixində “Xalq Bank”ı 1 milyard 748 milyon 534.116 min manat cəmi aktivlərə, 1 milyard 519 milyon 369.69 min manat cəmi əhdəliklərə, 229 milyon 164 min manat cəmi kapitala malik olub.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275