BANK

Ən sərfəli əmanət növü hansı bankdadır?
17 NOYABR
805

Ən sərfəli əmanət növü hansı bankdadır?

2016-11-17 13:05:00

Bildiyiniz kimi hazırda bank sektorunda yerləşdirilmiş əmanətlərin azalması prosesi müşahidə olunur. Lakin bu tendensiyaya baxmayaraq, müştərilər etibar etdikləri banklara əmanətləri yerləşdirməyə davam edirlər.

Fins.az xəbər verir ki, Marja.az müştərilərin daha çox hansı əmanət məhsul növünə üstünlük verdiklərini araşdırdıq. Araşdırma nəticəsində məlum oldu ki, indi əhali pulunu banklara uzun müddətə yerləşdirməyə çəkinir və qısa müddətdə gəlir əldə etməyə üstünlük verir. Bəzi banklarda yığım əmanəti plastik karta bağlıdır və müştərilər  istənilən vaxt vəsaitləri mədaxil və ya məxaric edə bilir. Bu isə vəsaitlərin istifadəsini asanlaşdırır. Bundan əlavə qeyd olunan əmanət növləri faiz dərəcəsinə görə Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq fond tərəfindən sığortalanır.

Tərəfimizdən bankların yığım əmanəti məhsullarını araşdırdıq. Məlum oldu ki, hər bir məhsulun üstün və mənfi tərəfləri var.

Bir çox bankların əmanət  məhsullarında mənfi cəhətlər aşağıdakılardır:

Əmanət  karta bağlı olmur,

İllik əmanət faizləri aşağıdır,

Fazilərin hesablanması üçün yüksək minimal ilkin mədaxil tələb olunur,

Əmanətə əlavə edilən vəsait üçün yüksək minimal tələb,

Müştəri bir aydan tez müddətdə vəsaitləri çıxarıltdıqda heç bir faiz gəliri əldə etmir,

50 manatdan aşağı məbləğə faizlər hesablanmır,

Kart ödənişli olur,

Vəsaitin məxarici (nağdlaşdırma) zamanı komissiya tutulur,

Əmanət  yalnız AZN valyutasında verilir.

Araşdırmamızın nəticələrində məlum oldu ki, müştərilər üçün həm istifadəsinə görə rahat, həm də faiz gəlirinə görə ən münasib və sərfəli məhsullardan biri  DəmirBank-ın “Plastik kartda yığım əmanəti” məhsuludur.

DəmirBank-ın təklif etdiyi “Plastik kartda yığım əmanəti” məhsulunun bir çox üstünlükləri var. Əsas üstünlükləri ən yüksək faiz dərəcələrinin (AZN-6%, USD-3%) olması, faizlərin gündəlik hesablanaraq aylıq kapitallaşmasıdır. Bu əmanətə əlavə edilən vəsaitəheç bir minimal tələb yoxdur və istənilən zaman hətta 1 AZN vəsait də əlavə etməkmümkündür. Həmçinin əmanət plastik karta bağlıdır və kart müştərilərə 1 illik pulsuz verilir. Vəsaitləri bankın ATM-ləri vasitəsilə nağdlaşdırdıqda isə heç bir komissiya haqqı tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275