BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
17 NOYABR
1572

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-11-17 12:00:00

Noyabr ayının 17-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank Azərbaycan Sənaye Bankıdır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.7680 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1. 6359 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə “Accessbank” və “Azərpoçt”dadır -1.7700 manat.

Dolların ən yüksək satış qiyməti isə 1.7720 manatdır. Bu gün bankların demək olar ki, hamısı dolları bu məzənnə ilə satır.  

 Avro qiymətləri 

Avronu ən baha  satan “Bank Avrasiya”dır. Bu bankda Avropa  valyutasının satış məzənnəsi  1.9030 manat müəyyən edilib. Avronu ən ucuz  “CDB Bank” satır -1.8900 manat.

Avronu  ən ucuz alan isə“Yapı Kredi Bank”dir  -1.7498 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1.8900 manata alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275