BANK

“Bank of Baku”nun rəhbərliyində dəyişiklik olub
16 NOYABR
986

“Bank of Baku”nun rəhbərliyində dəyişiklik olub

2016-11-16 16:15:00

“Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin iki müavini bankın rəhbərliyindən kənarlaşdırılıb. 

Bunlar Natiq Nurəliyev və Tural Məmmədovdur. 

Adı çəkilən şəxslərin "Bank of Baku"dakı vəzifələri də dəyişib. İndiyə qədər bankın biznes sahəsinin rəhbəri olan N.Nurəliyev satış sahəsinin direktoru, problemli borclarla iş sahəsiniə rəhbəlik edən T.Məmmədov isə informasiya texnologiyaları və əməliyyat sahəsinin direktoru təyin ediliblər. 

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275