BANK

Bank Avrasiyanın faiz gəlirləri 10 dəfə artıb – HESABATIN TƏHLİLİ
16 NOYABR
294

Bank Avrasiyanın faiz gəlirləri 10 dəfə artıb – HESABATIN TƏHLİLİ

2016-11-16 14:21:00

Bank Avrasiya bu ilin 10 ayı üzrə hesabatı açıqlayıb. Fins.az bankın bu ilin yanvar və oktyabr ayına olan hesabatları üzrə müqayisəli təhlil aparıb. 

Beləki, bankın “Mənfəət və zərər” haqqında hesabatına görə, faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə oktyabrın sonuna böyük artım müşahidə olunub. Bu ilin yanvar ayına olan məlumata əsasən, bankın faiz gəlirləri 1025 min manat olduğu halda, 10 ayın yekununda 10  dəfə artım göstərib və 10 milyon 237 min manata çatıb. Bu artımda əsas yeri banklara və maliyyə institutlarına  verilmiş kreditlər, banklarda yerləşdirilən depozitlər, ödəniş müddətinədək saxlanılan qiymətli kağızlar üzrə faizlər və digər faiz gəlirləri, növləri təşkil edir. Faizlər və onlarla bağlı xərclər də  yanvar ayına nisbətən artıb, buna baxmayaraq, bank 7 milyon 424 min manat xalis faiz mənfəəti  əldə edib. Bunun da səbəbi faiz və gəlirlərin bu qəbildən olan növlərində müşahidə olunan artımla bağlıdır. 

Bu dövr ərzində qeyri-faiz gəlirlərində xeyli artım nəzərə çarpır. Beləki, bu ilin yanvar ayının sonunda 810 min manat olduğu halda,  31.10.2016-cı il tarixinə 7 milyon 425 min manata qədər yüksəlib. Bu artımda əsas pay sahibləri məzənnə dəyişməsi daxil olmaqla , valyuta əməliyyatlarından daxil olan xalis gəlirlər , digər xidmət növlərindən komisyon gəlirlər və hesabların aparılması üzrə xidmətlər üzrə əldə olunan komisyon gəlirlərdir. Gəlirlərlə yanaşı, qeyri-faiz xərclərində də artım müşahidə edilib. Lakin gəlirlərin yüksək olması xalis əməliyyat mənfəətini nəzərə çarpacaq  dərəcədə artırıb. Yəni, müqayisə etdiyimiz dövr üçün bu göstəricilər 1284.6 min manatdan 7136.2 min manata yüksəlib.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatın səviyyəsi də artıb. Xərclər xüsusilə  kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar hesabına artıb. 

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət  yanvar ayında müşahidə olanmasa da oktyabr ayında artıq  200 manat a qədər artıb. Bank həmin müddətdə mənfəətdən vergi ödəməyib. 

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət  ötən dövr ərzində nəzərə çarpacaq  səviyyədə - 1603.9 min manatdan 8018.3 min manata qədər çoxalıb. Bu isə 5 dəfə artım deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270