BANK

Bank dollar əmanətini qaytarmır? - RƏSMİ CAVAB
16 NOYABR
1092

Bank dollar əmanətini qaytarmır? - RƏSMİ CAVAB

2016-11-16 13:37:00

Xəbər veridiyimiz kimi, bu gündən “NBC Bank” valyuta satışını dayandırıb. Buna görə bankın əmanətçiləri öz vəsaitlərini almaqda müəyyən çətinliklərlə üzləşib. 

Müştərilərdən birinin fins.az-a verdiyi məlumata görə, dollarla olan əmanətini geri almaq üçün “NBC Bank”a müraciət etdikdə ona bir neçə gun gözləməyi təklif ediblər. Bankdan müştəriyə bildiriblər ki, kassada ABŞ dolları yoxdur. 

NBC Bank-ın əməkdaşı fins.az-a bankda belə bir problemin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, dollar qıtlığı səbəbindən əmanətçilərinin pullarını dərhal qaytarmaq mümkün olmur.

Ona görə də, əmanətini çıxarmaq istəyən müştərilər banka bir həftə əvvəldən müraciət etməlidirlər: «Dollarla əmanəti olan müştərilər vəsaitlərini geri almaq üçün 1 həftə əvvəl bizə müraciət etməlidirlər. Biz bu müddətdə həmin vəsaiti toplayıb əmanətçilərə təqdim edirik».

Məlumatla əlaqədar “NBCBank”ın təqdim etdiyi rəsmi açıqlamanı təqdim edirik: "Bankda valyutanın alışı və satışı ilə əlaqədar yaranan problemlər haqqında bu informasiya tamamilə yalnış məlumatdır və hal-hazırda biz valyutanın alışını və satışını həyata keçirməyə davam edirik. 

Eyni zamanda əmanət müştəriləri ilə bağlı yaranan problem haqqında informasiyanın da həqiqətə uyğun olmadığını bildirmək istərdik. Və hal-hazırda da əmanət müştərilərimiz ilə bağlı hər hansı bir problemimiz mövcud deyil". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271