BANK

Bank BTB-nin aktivləri artıb – HESABAT
16 NOYABR
261

Bank BTB-nin aktivləri artıb – HESABAT

2016-11-16 13:13:00

Bank BTB cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, 30 sentyabr tarixinə bankın aktivləri 237 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.08 % artım deməkdir. 

Qeyd etmək lazımdır ki, bankın kredit portfellidə eyni dövr ərzində 54.96 % artım göstərərək 147 mln. manat təşkil etmişdir. Depozit portfeli isə 82 mln. manat təşkil edir. 

Bank mənfəət və zərər hesabatını da acıqlanmişdir. Hesabat dövründə Bank BTB kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 708 min manat olmuşdur. 

Bankın məcmu kapitalı cüzi artım göstərməklə kapital normalarına tam uyğun olaraq 52 840 min manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272