BANK

"Muğanbank"ın mənfəəti 6 dəfə azalıb – HESABAT
16 NOYABR
373

"Muğanbank"ın mənfəəti 6 dəfə azalıb – HESABAT

2016-11-16 10:32:00

"Muğanbank" bu ilin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, bankın aktivlərində ilin əvvəlindən bəri müşahidə olunan azalma davam edib. Beləki bu ilin birinci rübündə 557 milyon 281 min manat olan aktivlər 6 aydan sonra 484 milyon 725 min manata düşüb. Ən böyük azalmalardan biri bankın nağd vəsaitlərində nəzərə çarpır. Bu ilin birinci rübündə 23 milyon 176 min manat nağd vəsaitə malik olan bankın üçüncü rübün sonunda cəmisi 7 milyon nağd vəsaiti qalıb. Beləliklə, bu göstərici 3,3 dəfə və ya 16 milyon manat azalıb. 

Fins.az bildirir ki, bankın başqa banklardakı müxbir hesabları isə əksinı artaraq 1 milyon 304 mindən 2 milyon 153 minə yüksəlib. Müştərilərə verilən kreditlərin və lizinqlərin məbləğ322 milyon 473 min manata enib. Müştəri hesabları aprel ayından sentyabr ayınadək olan dövrdə 278 milyon 807 min manatdan 200 milyon 370 min manata düşüb. Buraxılmış borc qiymətli kağızları isə iyul-avqust-sentyabr aylarında 4,5 dəfə artaraq 802 min manatdan 3 milyon 661 min manata yüksəlib. 
Bankın cəmi öhdəlikləri 426 milyon 938 min manat, nizamnamə kapitalı isə 55 milyon manat təşkil edir. 
Bank əgər 1-ci rübün sonunda 507.36 min manat mənfəət əldə etmişdisə, üçüncü rübün sonunda mənfəəti 90.77 min manat düşüb. Beləliklə bankın mənfəəti 6 dəfə azalıb.  
Xatırladaq ki, Muğanbank 1992-ci ildə yaradılıb.
Səhmdarların bankın nizamnamə kapitalında payı (faizlə) isə belədir: 
Mehdiyev Elmir Maqbet oğlu – 63.50 %
Vəliyeva Vəfa Əhməd qızı – 12.05 %
Mehdiyev Maqbet Rəhim oğlu – 13.10 %
Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 %
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275