BANK

Ölkənin xarici kapitallı bankı hesabatını açıqladı
16 NOYABR
377

Ölkənin xarici kapitallı bankı hesabatını açıqladı

2016-11-16 09:16:00

“AccessBank” bu ilin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, bankın cəmi aktivləri 1 milyard 54 milyon 89 min manat təşkil edib. Ötən ilin sonundan bəri bankın aktivlərində 134 milyon azalma müşahidə edilib. Belə ki, 2015-ci ilin 30 dekabrına olan məlumata əsasən, bankın aktivləri 1 milyard 188 milyon 798 min manat olub. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi isə 3-cü rübün sonuna 720 milyon 284 min manat olub.  Bank Sentyabr ayının sonunda 66 milyon 577 min manat nağd vəsaitlərə malik olub.

Bankın məcmu kapitalı 74283,83 min AZN, onun adekvatlıq əmsalı isə 10,15% təşkil edib. Bank bu ilin yanvar-sentyabr dövründə müştərilərə 615 milyon 972 min manat həcmində kredit verib. 30 Sentybar 2016-cı il tarixində “AccessBank” 970 milyon 59.2 min manat öhdəliklərə, 269 milyon 177 min manat depozit portfelinə malik olub. Bank 3-cü rübün sonunda 84 milyon 20 min manat cəmi kapitala malik olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271