BANK

Şirkətlərin banklardakı pulu niyə sığortalanmamış hesab edilir?
16 NOYABR
366

Şirkətlərin banklardakı pulu niyə sığortalanmamış hesab edilir?

2016-11-16 08:43:00

Vəsaitləri sığortalanan əmanətçilərdən fərqli olaraq, sahibkarlar faktik olaraq bank bağlananda müdafiəsiz qalır.

Hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı vəsaiti sığortalanmamış kateqoriyasına daxil edilir.

«Banklar haqqında» qanunun 82 maddəsi bank müflis olanda ödənişlərin növbəliliyini nəzərdə tutur. Bu siyahıda hüquqi şəxslərin vəsaitləri təmin edilməmiş kateqoriyasında, siyahıda axırıncıdan əvvəlinci yerdədir.

Qaydalara əsasən, bank müflis olanda bu maddə tətbiq edilir, məhkəmə 60 gün ərzində qərar qəbul edir və vəsaitlərin qaytarılması növbəsi təyin edilir.

Yəni sahibkar 60 günlüyə vəsaitindən məhrum olur, bu vaxt əmək haqqı verməkdə çətinlik çəkir, sahibkarlıqla məşğul ola bilmir., işi iflic olur.

Əmanətlərin Sığortalanması Fondunun saytında göstərilir ki, sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı vəsaiti də sığortalanmamış hesab edilir.

«Azərqarant» Sığorta Şirkəti buna örnəkdir. Onun «Atrabank»da 2 mln. manatı vardı.

Vəziyyəti şərh edən iqtisadçı Vüqar Bayramov qeyd edib ki, bu, qanunvericilikdə boşluqdur.

«Hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı vəsaiti sığortalanmış əmanət hesab edilməlidir. Bank müflis olanda və ya məcburi şəkildə bağlananda sahibkarların vəsaiti təcili qaytarılmalıdır ki, fəaliyyətlərinə əngəl yaranmasın», deyə o bildirib.

Onun sözlərinə görə, bu cür vəziyyət sahibkarları məcbur edir ki, təcili vəsaitini nağdlaşdırsın. Onlar banklarda pul saxlamaqda maraqlı deyil.

«Bu, ədalətsizlikdir. Onlar hesaba xidmət üçün banka ödəniş edir, dividend əldə edir, bank onların vəsaitlərindən istifadə edir, bank bağlananda sahibkarlar pullarını itirir», deyə V.Bayramov bildirir.

Ekspert qeyd edib ki, qanunvericilər bu məsələyə diqqət yetirməli və problemi həll etməlidir. Hələlik isə sahibkarlar vəsaitlərini bir neçə bankda saxlamalıdır.

Mənbə: Contact

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275