BANK

“Bu çətin günlərdə Azərbaycana yardım üçün ölkənizə gəlmişəm”
15 NOYABR
612

“Bu çətin günlərdə Azərbaycana yardım üçün ölkənizə gəlmişəm”

2016-11-15 15:21:00

“Asiya İnkişaf Bankı Azərbaycana mövcud çətin iqtisadi vəziyyətdə belə dəstək göstərməyə hazırdır. Mənim Bakıya 3-cü səfərimizin məqsədi Azərbaycana mövcud iqtisadi şəraitdə dəstək verməyi müzakirə etməkdir”.

Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq bildirib.

“Səfərim əsnasında Azərbaycanın iqtisadi inkişaf bardə məlumatlar alıram. Rəsm şəxslər ilə görüşmüşəm. Bu görüşlərdə, yeni çağrışlar dövründə Azərbaycanın üzləşdiyi çətinliklərə Asiya İnkişaf Bankının göstərə biləcəyi effektiv dəstək planını müzakirə etmişik. Ən son iqtisadi prosesləri müzakirə etdik. Həmçinin keçirilən görüşlərdə bu il aparılacaq fəaliyyət üçün yol xəritəsini dəqiqləşdirdik”,- o deyib.

“Hal-hazırda isə hökumət rəsmiləri ilə 2017-2019-cu illəri əhatə edəcək fəaliyyət və əməkdaşlıq planlarını da müzakirə edirik”, – Vençay Janq  əlavə edib.

V.Janq qeyd edib ki, ADB bu günə qədər Azərbaycana 2,8 mlrd. dollar kredit və qrant ayırıb.

Asiya İnkişaf Bankı Azərbaycanda aparılan struktur islahatlarına dəstək verəcəkdir.

ADB rəsmisi “Şahdəniz” layihəsinə də dəstək verəcəklərini bildirib: “Hazırda “Şahdəniz” layihəsi ilə bağlı Direktorlar Şurasının qərarı gözlənilir”.

SİYASİ İSLAHATLARA DA DƏSTƏK VERƏCƏK

Vençay Janq  sözlərinə belə davam edib: “2017-19-cu illər üzrə biznes planın üzərində işləyirik. Bu planda da konkret layihələr olacaqdır. Növbəti 3 il ərzində yalnız investisiya nəqliyyat, su, kanalizasiya, şəhər infrastrukturu üzrə layihələri  deyil, geniş miqyasda siyasi və iqtisadi islahatların aparılmasına da dəstək verəcəyik. Ümid edirəm ki, qısa zamanda bu planın hazırlanmasını yekunlaşdıracağıq”.

Qeyd edək ki Asiya İnkişaf Bankı 50 illiyini qeyd edir (1966-cı ildə təsis edilib). Azərbaycan 17 ildir Asiya İnkişaf Bankının üzvüdür.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274