BANK

Rabitəbank “xalis mənfəət və zərər” rəqəmini gizlətdi
15 NOYABR
339

Rabitəbank “xalis mənfəət və zərər” rəqəmini gizlətdi

2016-11-15 10:05:00

“RabitəBank” ASC tam məlumat verməyən “Mənfəət və zərər hesabatı”nı açıqlayıb.

Bu ilin yanvar-sentyabr müddətində Bankın cəmi gəlirləri 31 milyon 407 min manat, cəmi xərcləri isə 15 milyon 445 min manat təşkil edib və nəticədə 15 milyon 962 min manatlıq xalis gəlir əldə edilib.

Xalis gəlirin 8 milyon 546 min manatı inzibati xərclərə yönəldilib. Nəticədə 7 milyon 416 min manatlıq əməliyyat mənfəəti yaranıb.

Amma mümkün zərərlərə görə (ödənməyən kreditlərə görə) ayırma olub-olmadığı barədə məlumat verilmədiyindən, Bankın bu ilin 9 ayını mənfəət yoxsa zərər ilə başa vurduğu məlum olmur. Qeyd edək ki, banklarda vaxtı keçmiş kreditlər hər gün artdığından, banklar gəlirlərinin bir hissəsini ehtiyata yönəldirlər. Əgər kreditlər geri qaytarılarsa bu ehtiyatlar azad ola və mənfətə əlavə edilə bilər.

Qeyd edək ki, “RabitəBank” ASC  2015-ci ilin yanvar-sentyabr ayında 36 milyon 593 min manat cəmi gəlir və 3 milyon 124 min manat xalis mənfəət açıqlamışdı.

30.09.2016 tarixinə

rb_balans_hesabati_30
rb_balans_hesabati_30
rb_menfeet_ve_zerer_30
rb_menfeet_ve_zerer_30

30.09.2015 tarixinə

rb_balans_2015
rb_balans_2015
rb_menfeet_zerer_2015
rb_menfeet_zerer_2015

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271