BANK

AFB-nin müştəri hesabında kəskin azalma – HESABAT
15 NOYABR
754

AFB-nin müştəri hesabında kəskin azalma – HESABAT

2016-11-15 08:43:00

Azfinans Bank üçüncü rübün hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, bankın deposit portfelində kəskin azalma müşahidə olunur.  Depozit portfeli 30.09.2016-cı il tarixinə  99406,5987 min AZN-ə düşüb. Halbuki, birinci rübdə 175444,2286 min AZN təşkil edib. Xüsusən də fiziki şəxslərin müddətli depozitləri bu ilin birinci rübündə 57842,65724 min AZN olduğu halda, 9 ayın yekununda 15 dəfəyə yaxın kəskin azalma nümayiş etdirib və 4 916,99 min AZN-ə enib. Hüquqi şəxslərin müddətli depozitləri isə üçüncü rübün yekununda 876,76 min AZN olub, amma birinci rübdə bu rəqəm 16257,471 min manatdır. Müştəri hesablarında xalis azalma -16 843 145 AZN olub.  

Bankın xalis əməliyyat mənfəəti 4555,4323 min AZN-dən 7155,08587 min AZN-ə qalxıb. Fins.az xəbər verir ki, bunun 2813,53 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Bankın xalis mənfəəti isə 3.2 dəfə artıb və 4341,55352 min manata yüksəlib. 

Hesabata əsasən, vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi  30 713,15 min AZN olub. Bankın cəmi aktivləri 293839,7189 min AZN-dir. Qeyri-qənaətbəxş aktivlər - 15 117,59, təhlükəli aktivlər 433,48, ümidsiz aktivlər 14 827,86 min AZN olub. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi 4337,27228 min, kreditlər üzrə faizlər  4246,2305 min, xalis faiz mənfəəti isə 3730,21961 min manatdır. Bankın qeyri-faiz gəlirləri 3757,31753 min AZN-dən 6145,14898 min AZN-ə çatıb.

AFB-nin adi ehtiyatları 2 171,31 min, məqsədli ehtiyatları 18 056,34 min AZN, cəmi öhdəlikləri 207914,551 min AZN olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271