BANK

Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
14 NOYABR
440

Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

2016-11-14 18:32:00

Bu gün maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib, ölkəmizin AİB ilə birgə həyata keçirdiyi su təchizatı, nəqliyyat-yol şəbəkəsi və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub. 

Görüş zamanı AİB-in 2017-2019-ci illər üçün Azərbaycan üzrə Biznes Planı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsi, dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulması və inkişafı, bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahat yönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb. 

Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən V. Janq etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272