BANK

Beynəlxalq Bankın 10 milyarda yaxın problemli aktivi silinib
14 NOYABR
525

Beynəlxalq Bankın 10 milyarda yaxın problemli aktivi silinib

2016-11-14 13:44:00

2016-cı ildə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin toksik aktivlərinin "Aqrarkredit" QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Bu barədə bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında deyilir. 

Audit "Deloitte" şirkəti tərəfindən aparılıb.

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 mlrd. 930 mln. manat həcmindədir. Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. 

"Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı - 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır", - deyə sənəddə qeyd edilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272