BANK

“Pakistan Bank”ın Bakı filialının vəziyyəti məlum oldu - HESABAT
14 NOYABR
407

“Pakistan Bank”ın Bakı filialının vəziyyəti məlum oldu - HESABAT

2016-11-14 11:51:00
Pakistan Milli Bankının Bakı Filialı bu ilin 3-cü rübü üzrə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 11 milyon 233 min manatdır. 
Depozit portfeli isə ötən 9 ayda 217 min manat artaraq 580 min manata yüksəlib.  Bankda yalnız hüquqi və fiziki şəxslərin tələbli depozitləri mövcuddur. 
Məcmu kapital 10 301 min manat, nizamnamə kapitalı isə 9 milyon 420 min manatdır. Bankın kredit portfeli 1 milyon 831 min manatdır. 
Bankın faiz gəlirləri 388 min AZN, kreditlərdən əldə etdiyi faiz gəlirləri isə 139 min manatdır. Xalis faiz gəlirləri 387 min AZN, qeyri-faiz gəlirləri 30 min AZN olub. Bankın cəmi xərcləri 555 min AZN təşkil edib. 
Hesabat dövründə  Pakistan Milli Bankının Bakı Filialının xalis mənfəəti 76 min AZN olub.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272