BANK

Bağlanan bankların hesabına artdıq – BANKDAN AÇIQLAMA
14 NOYABR
854

Bağlanan bankların hesabına artdıq – BANKDAN AÇIQLAMA

2016-11-14 09:44:00
PAŞA Bankın əmanət portfelində müddətli depozitlər 60%-i keçir. Fins.az bildirir ki, ümumilikdə portfelin həcmi 1.9 milyard manat çərçivəsindədir. Müddətli depozitlərin bankların əsas dayanıqlı maliyyə mənbələrdən biri olduğunu nəzərə alsaq, ölkənin ən iri korporativ bankında portfelin artmasının səbəblərini Bankın Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev belə izah edir: “Bu rəqəm ilk növbədə banka inamı, etibarlı bank olmasını göstərir. Bağlanan banklardan da bizə müştəri axını oldu və portfelin artma səbəblərindən biri də budur”. 
B.Nağıyevin sözlərinə görə, PAŞA Bankda dollarlaşma prosesi bir o qədər ciddi hiss olunmur. Çünki korporativ bankdır və burada yerləşdirilən vəsaitlər əsasən dövriyyə vəsaitləridir. Bu səbəbdən də bankda dollarlaşmanın səviyyəsi o qədər də ciddi nəzərə çarpmır. “Bəli, bizim bankda da dollara keçid müəyyən qədər oldu, amma bu daha çox özəl bankçılıqda nəzərə çarpdı. Yəni, individual qaydada bankda əmanət yerlədirən şəxslər onu dollara çevirdi. Təxmini deyə bilərəm ki, 40 milyon manat dollara keçdi. Bunların hamısı müddətli depozitlərdir və qorunan əmanətlərdir. Bizim depozit portfelinin inkişafı sırf korporiv müştərilərlə işlədiyimizə görə davam edir, həmçinin özəl bankçılıqda da artım dinamikası müşahidə olunur”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274