BANK

ABB-yə kreditini qaytara bilməyən şirkət sahibindən alındı
14 NOYABR
585

ABB-yə kreditini qaytara bilməyən şirkət sahibindən alındı

2016-11-14 09:37:00
Rusiyalı kinoprodüser Aleksandr Rodnyanskiyə məxsur "Non-Stop Production" şirkətinin səhmlərinin 49%-i Lüksemburqun "Excalibur" şirkətinə satılıb. "Excalibur" "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərini idarə edən "Aqrarkredit" QSC-yə məxsusdur. 
Rusiya şirkəti ABB-dən kredit götürüb. 
"Aqrarkredit" QSC-nin əsas məqsədi problemli kreditlərin effektiv şəkildə  qaytarılmasıdır. Bunun üçün QSC "Vertikal Kapital" şirkəti ilə müqavilə imzalayıb. Sonuncu artıq A. Rodnyanskiyə etirazını rəsmi qaydada bildirib. A. Rodnyanskinin "Aqrarkredit"ə 4 mln. dollar və 290 mln. rubl borcu var. "Vertikal Kapital"ın açıqlamasına əsasən, prodüserin şirkəti ABB-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" qarşısındakı öhdəliyini yerinə yetirməkdə də çətinlik çəkir. 
"Excalibur" şirkətinin investisiya tərəfdaşı olan "AR Films"in rəhbəri Fyodor Petrov bildirib ki, onun şirkətin "ABB-Moskva" ilə bir sıra kredit müqaviləsi var. Müqavilələrin ümumi dəyəri 4 mln. dollardır.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270